Bakının mərkəzində bu universitet üçün korpus tikilir – 3 MİN TƏLƏBƏ TƏHSİL ALACAQ

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)yeni tədris
korpusunun tikintisi ilə əlaqədar tender elan edib.

Publika.az xəbər verir ki, Yasamal rayonu,
M.Muxtarov 194 ünvanında Azərbaycan Dövlət İqtisad Universitetinin
yeni tədris binasının tikintisi işləri ilə bağlı artıq tender elan
edilib. Tenderin nəticəsi gələn ayın sonunda elan ediləcək və
tikinti işlərinə başlanılacaq. Artıq həmin ünvanda yerləşən köhnə
(90 il əvvəl tikilmiş) tikili tamamilə sökülüb.

Qeyd edək ki, Murtuza Muxtarov küçəsi 194 ünvanında UNEC-in 2
korpusu mövcuddur və yeni tikilən orpus 3 saylı olacaq. Sahəsi 2940
m2 olan 4 mərtəbəli, müasir standartlara cavab verən yeni tədris
binası 3 min tələbənin təhsil alması üçün tədris laboratoriyaları,
geniş auditoriyalar, linqafon kabinetləri, idman zalı və s. ilə
təchiz olunacaq.

Muxtar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp