Azərbaycanın vətəndaş cəmiyyətləri Avropa Parlamentinin qərəzli mövqeyinə etiraz edir

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası” İctimai
Birliyi Avropa Parlamentinin qərəzli mövqeyinə etiraz
edib.

Publika.az xəbər verir ki, Birlik bununla bağlı
Avropa Parlamentinə bəyanat ünvanlayıb: “Ermənistanda partiya
sədrinin müavini, siyasi məhbus Mqer Yeqiazaryan 52 günlük aclıq
aksiyasından sonra 26 yanvar tarixində həbsxanada ölüb. Lakin onun
keçirdiyi aclıq aksiyası nəticəsində ölməsinə nə AŞ PA, nə Avropa
Parlamenti, nə ATƏT, nə də digər beynəlxalq qurumlar reaksiya
veriblər. Hətta bu fakta dünyanın nüfuzlu KİV-lərinin də münasibəti
yoxdur. Fakt budur ki, M.Yeqiazaryanın həbsi sırf siyasi motivdə
olub və o, həbsxanada aclıq edən siyasi məhbus kimi ölüb.

Bu da Ermənistanda siyasi mənzərənin xaos içində olduğunun
göstəricilərindən biridir. Beynəlxalq qurumlar isə bunu görməzliyə
vururlar. Qeyri-siyasi motivlərə, daha doğrusu, məişət məsələsinə
görə həbs edilən Mehman Hüseynovun həbsini gündəliyə çıxaran, onu
“siyasi məhbus” elan edərək qətnamələr qəbul edən Avropa Şurası,
eləcə də digər qurumlar, görəsən, Ermənistanda baş verən siyasi
olaya niyə susqunluqla yanaşırlar?”

Qeyd olunub ki, ümumiyyətlə, beynəlxalq təşkilatlar Ermənistanda
baş verən bu dəhşətli hadisəni pisləyən müvafiq qətnamə qəbul etmək
əvəzinə susurlar: “Həbsxanada ölən partiya sədrinin ailə üzvləri,
oğlu dəfələrlə beynəlxalq qurumlara müraciət ediblər, bu məsələ ilə
əlaqədar mətbuat konfransı keçiriblər. Buna baxmayaraq hadisəyə,
fakta heç bir reaksiya verilməyib. M.Yeqiazaryanın cinayətkar
olmadığı, siyasi motivlərə görə həbs olunduğu da artıq
təsdiqlənmişdi. Bu cinayət işinə dəfələrlə Paşinyanın müdaxilə
etməsini istəyiblər, lakin hər hansı bir formada bu işə müdaxilə
olunmayıb. Bütün bu proseslər faktın özünün nə qədər siyasi motivli
olduğunu sübuta yetirir və belə olduğu təqdirdə, beynəlxalq
təşkilatların susması sadəcə təəssüf hissi doğurur.

Biz vətəndaş cəmiyyətinin üzvü olaraq sizin kimi mötəbər
təşkilatın ikili standarta yol verməsini təəssüf hissi ilə
qarşılayır, nə qədər ki, gec deyil, ədalət naminə hadisəyə
hüquqi-siyasi qiymət verilməsini tələb edirik. İrqindən, dinindən,
milliyyətindən asılı olmayaraq, hər kəsə, hər bir xalqa, hər bir
dövlətə yanaşma eyni olmalıdır. Bu vətəndaş cəmiyyətinin təməl
prinsipidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp