Azərbaycanın uğurlu inkişaf modelinin əsas qayəsi ondadır ki, ölkəmizdə aparılan siyasət xalq tərəfindən dəstəklənir

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycan sabitlik, təhlükəsizlik məkanıdır. Yaxın
tarix əyani şəkildə göstərdi ki, sabitlik pozulanda ölkələr çox pis
vəziyyətə, idarəolunmaz vəziyyətə düşür, iqtisadiyyat çökür, sənaye
iflic olur, insanlar əziyyət çəkir və sonra bu vəziyyətdən çıxmaq
üçün onilliklər lazım olur. Azərbaycanın uğurlu inkişaf modelinin
əsas qayəsi ondadır ki, ölkəmizdə aparılan siyasət xalq tərəfindən
dəstəklənir. Çünki bu siyasət xalqımızın rifah halının
yaxşılaşmasına hesablanıb. Bu siyasət ölkəmizin güclü dövlətə
çevrilməsinə hesablanıb. Məhz bu siyasət nəticəsində bu gün
Azərbaycan dünyanın müxtəlif kürsülərindən öz sözünü açıq deyir, öz
müstəqil siyasətini aparır, öz maraqlarını tam şəkildə
qoruyur.

Publika.az xəbər verir ki, bu fikirləri
Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının yekunlarına
həsr olunan konfransda bildirib.

Dövlətimizin başçısı deyib: “Azərbaycanda aparılan iqtisadi,
siyasi islahatlar, ölkəmizin güclənməsi bizə dünyada gedən riskli
proseslərdən özümüzü qorumağa imkan yaratdı. Bir daha demək
istəyirəm, bizim xarici siyasətimizin əsas məqsədi ondan ibarətdir
ki, xaricdən gələn mümkün risklərin idarə olunmasına,
azaldılmasına, aradan qaldırılmasına imkan versin. Biz buna nail
oluruq. Son 15 il ərzində Azərbaycan xalqı əmin-amanlıq şəraitində
yaşayır. Azərbaycan xalqı rahat yaşayır, qurur, yaradır. Hesab
edirəm ki, hər bir vətənpərvər insan öz ölkəsi ilə, bugünkü
Azərbaycan ilə haqlı olaraq fəxr edə bilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp