Azərbaycanda vəzifəli şəxs həbs edildi
Müstəqil.az informasiya agentliyi xəbər verir ki,
şəxsinin həbs edilməsi ilə bağlı yayılan məlumatlara münasibət
bildirib.
Nazirliyin Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki
Orxan Mansurzadə Trend-ə bildirib ki, daxil olmuş məlumat əsasında
nazirliyin aidiyyatı qurumu tərəfindən yoxlama aparılıb:
“Məlum olub ki, Ucar Rayon Polis Şöbəsinin Qeydiyyat və
Şəxsiyyət Vəsiqəsi qrupunun baş inspektoru, polis kapitanı Şahin
Əhmədov xidməti vəzifəsindən sui-istifadə edərək müvafiq
qanunvericiliyin tələbini kobud şəkildə pozmaqla bir neçə İran
vətəndaşını Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi
ilə təmin edib.
İran vətəndaşlarının bu sənədləri əldə etməkdə məqsədləri MDB və
Azərbaycanla vizasız gediş-gəliş imkanı olan digər ölkələrə sərbəst
çıxış qazanmaları olub. Yoxlama zamanı polis əməkdaşı adına ləkə və
daxili işlər orqanlarının nüfuzuna xələl gətirdiyinə görə Ş.Əhmədov
daxili işlər orqanlarında xidmətdən xaric olunub və toplanmış
materiallar hüquqi qiymət verilməsi üçün prokurorluğa
göndərilib.
Faktla bağlı cinayət işi başlanılıb və Ş.Əhmədov da
təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin
qərarı ilə həbs qətimkan tədbiri seçilib”.
O.Mansurzadə əlavə edib ki, hadisə nəticəsində cəmi 1 nəfər həbs
edilib.