Azərbaycan 104.2 milyon dollarlıq müqavilə imzalayıb

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Bu gün Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası
regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı dövlət
proqramı”nın icrasının yekunlarına həsr olunmuş konfrans baş
tutub.

Publika.az xəbər verir ki, tədbirdə çıxış edən
iqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, dövlət
proqramının icrası nəticəsində müasir iqtisadi tələbələrə uyğun
olaraq regionların tarazlı inkişafı, qeyri-neft sektorunun
inkişafı, aqrara sektora dövlət dəstəyi daim diqqətdə
saxlanılıb.

“Görülən işlərin nəticəsində beynəlxalq maliyyə qurumları, eləcə də
Dünya Bankının Douing Business hesabatında Azərbaycan 10 ən
islahaçı dövlətdən birinə çevrilib. Bu hesabatda ölkəmiz 32 pillə
irəliləyərək bir çox ölkələri geridə qoyub. MDB ölkələri arasında
lider dövlətə çevrilib. 2014-18-ci illərdə ölkə 24.2 milyard manat
vəsait yönləndirilib”.

Nazir ölkədə Vergi Məcəlləsində sahibkarlığın inkişafına dəstək
məqsədilə edilən dəyişikliklərin əhəmiyyətindən danışıb:
“Sosial siyasətin əsasından biri vətəndaşların ünvanlı sosial
yardımdan asılılığının aradan qaldırılmasıdır. Bunun üçün əhalinin
məşğulluğa cəlb edilməsinə diqqət artırılıb. Bu da əmək
potensialının reaallaşdırılmasına, kiçik və orta sahibkarlığın
inkişafına dəstək verib. 2014-18-ci illərdə ixracın təşviqi
məqsədilə müqavilələr imzalanıb. 104.2 milyon dollar dəyərində
müxtəlif məhsulların ixracı ilə bağlı müxtəlif ölkələrə müqavilə
imzalanıb, 8 milyon manatadək ixrac təşviqinin ödənilməsinə dair
qərarlar qəbul edilib. İnvestisiyaların təşviqi məqsədilə 292
sahibkarlıq subtyektinə 332 investisiya təşviqi sənədi verilib,
nəticədə yerli istehsala 2.8 milyard manat investisiya yatılıb.
Bunun nəticəsində 22 minədək yeni iş yeri açılacaq. Layihələrin
böyük bir hissəsi regionların payılan düşür. Qeyri-neft sektoru 8,
qeyri-neft sənayesi 32 faiz artıb. Bu illər ərzində 1.5 daimi
olmaqla, 2 milyondan çox iş yeri açılıb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp