AXCP-nin Rusiyadan maliyyələşməsi təsdiqlənir – MƏHKƏMƏ İŞİ

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Saleh Məhərrəm
oğlu Rüstəmov, Vidadi Valeh oğlu Rüstəmli, Aqil Əli oğlu
Məhərrəmov, Babək Qəzənfər oğlu Həsənov və Ruslan Şamil oğlu
Nəsirovun cinayət işi üzrə məhkəmə prosesi davam
etdirilib.

Publika.az xəbər verir ki, hakim Eldar
İsmayılovun sədrliyi ilə keçirilən növbəti baxış iclasında Elçin
Əsgərbəyli, Cavid Məsimli, Tural Mehdixanov və Cavanşir Abışov
şahid qismində dindiriliblər.

Məhkəmə iclasında Cəmil Həsənli, Əli Kərimli, ABŞ və Rusiyanın
Azərbaycandakı səfirliklərinin nümayəndələri, eləcə də KİV
təmsilçiləri iştirak ediblər.

Elçin Əsgərbəyli məhkəmədə ifadəsində göstərib ki, 1992-ci ilin
mayından Rusiya vətəndaşlığını alıb. Sankt-Peterburq şəhərində
icarəyə götürdüyü mağazada işləyərək ailəsini dolandırır.
2016-2017-ci illərdə tez-tez Sabirabad və ya Kürdəmir rayonundan
olan Zaur adlı şəxs gəlirdi. Təxminən, 2018-ci ilin əvvəllərində
Zaur yanında sonradan tanıdığı AXCP-nin üzvü Aqil Məhərrəmovla onu
tanış etdi. Aqil söhbət əsnasında AXCP-nin fəaliyyətindən,
keçiriləcək mitinqlərdən danışır, partiya üzvü olan və olmayan
bütün şəxslərdən maddi yardım topladıqlarını danışırdı. Aqil söhbət
zamanı deyirdi ki, ona verəcəyim pul maddi yardım kimi partiya
üzvlərinin ailələrinə kömək məqsədilə istifadə ediləcək. Həmçinin
qeyd olunan pulun toplanmasının partiya sədri Əli Kərimlinin
məlumatı əsasında icra etdiyini deyirdi. Daha sonra Aqil ona
Rusiyada yaşayan bir neçə şəxsin onlara mütəmadi olaraq maddi
yardım etdiyini və həmin pulları da qanunsuz yollarla Azərbaycana
göndərdiyini dedi. Deyirdi ki, Azərbaycana göndərilən pul
vəsaitləri nəzarətdə olduğu üçün pulu onlar başqa yollarla
Azərbaycana göndərirlər. Aqil bildirirdi ki, pul, əsasən, AXCP-nin
mitinqlərində texniki vasitələrin alınmasına xərclənəcək və həmin
pullar, əsasən, Əli Kərimliyə veriləcək.

E.Əsgərbəyli məhkəmədə ifadəsində deyib ki, telefonunda olan
proqram vasitəsilə özünün “Sberbank” bankında olan hesabına daxil
olaraq Aqilin verdiyi bank hesabına 15 000 rubl məbləğində pul
köçürüb. Bundan bir müddət sonra Rusiyada yaşayan
azərbaycanlılardan Gədəbəy rayonunun əvvəllər icra başçısı işləmiş
Saleh Rüstəmov adlı şəxsin Rusiyada yaşayan azərbaycanlılardan pul
toplayıb AXCP və Əli Kərimliyə göndərməsi barədə xəbər tutub. Aqil
Məhərrəmova yalnız bir dəfə 15 000 rubl məbləğində pul verib və
Adilə Məhərrəmovanın adına olan “Sberbank” hesabına göndərib. Həmin
pulu verməkdə məqsədi ehtiyacı olan ailələrə kömək etmək olub.

Cavid Məsimli ifadəsində göstərib ki, atası 2005-ci ildən
etibarən Moskva şəhərində işləyir, 2013-cü ildə atasının təklifi
ilə işləmək üçün onun yanına getmiş və restoranda aşbaz işləyib.
“Facebook” sosial şəbəkəsindən istifadə etdiyindən “Aqil Əli
Məhərrəm” adlı istifadəçi ilə dostlaşıb. Bir müddət sonra Aqil
ondan 3000 rubl verməsini xahiş edib və o, həmin pulun necə və hara
xərclənəcəyini soruşub. Aqil isə ona bank hesabı kodunu göndərərək
bildirib ki, pul AXCP üçün lazımdır və pullar Əli Kərimliyə
çatacaq. 2018-ci ilin may ayında 3000 rubl pulu Moskva şəhərində
yerləşən “Sberbank” vasitəsi ilə Aqilin ona göndərdiyi bank koduna
göndərib. Bundan sonra bir müddət “Facebook” sosial şəbəkəsində
xəbərlərə baxarkən Gədəbəy rayonunun əvvəllər icra başçısı işləmiş
Saleh Rüstəmov adlı şəxsin Rusiyada yaşayan azərbaycanlılardan pul
toplayıb AXCP və Əli Kərimliyə göndərməsi barədə xəbər tutub.

Cavanşir Abuşov ifadəsində bildirib ki, 2018-ci ilin iyununda
Moskvada yerləşən “Skarabey” bazarında işləyən azərbaycanlılardan
ona məlum olub ki, Orxan Zeynalova köməklik adı ilə verilmiş hesaba
toplanan pullar, əslində, Azərbaycan Xalq Cəbhəsi Partiyasının
Azərbaycan ərazisində mitinq və toplantıların maliyyələşdirilməsi,
partiya sədrinə maddi dəstək göstərilməsi məqsədilə toplanılıb.
Eşidib ki, Rusiyada azərbaycanlılardan nağd və bank vasitəsilə bu
məqsədlə pullar toplanılıb və qanunsuz yolla Azərbaycana
göndərilib.

Məhkəmənin növbəti iclası yanvarın 30-na təyin edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp