avtomobilinə zəhərli qaz buraxıldı və…

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Türkiyə Respublikasının 11-ci prezidenti Abdullah Gülün
həyat yoldaşı Hayrünnisa Gül onun haqqında sirli məqamları
açıb.

Publika.az xəbər verir ki, Hayrünnisa Gül həyat
yoldaşının hər zaman xidməti avtomobilindən düşərkən sərxoş kimi
olduğunu deyib.

Həmçinin əlavə edib ki, sanki Abdullah Gül avtomobildə olarkən
içəri zəhərli qaz buraxılır. Bu faktı isə Abdullah Gülə sui-qəsd
kimi dəyərləndirib.

Sözügedən fikirlər “Milliyyət” qəzetinin yazarı Tələt Atillanın
yeni məqaləsində yer alıb. Yazıda iddia edilib ki, dövlət
tərəfindən Abdullah Gülə verilən avtomobildən pis qoxu gəlib. O da
bu qoxunu aradan qaldırmaq üçün avtomobili kimyəvi təmizləməyə
göndərərək dezinfeksiya etdirib. Lakin qoxu daha da artıb. Bundan
sonra məsələyə Hayrünnisa Gül müdaxilə edib. O, avtomobilin
həmişəki servisdə deyil, başqa təmir mərkəzində yoxlanılmasını
tapşırıb. Yoxlanmadan sonra məlum olub ki, avtomobilin
kondisionerində problem yaranıb. Qaz qoxusu da oradan gəlib.

Abdullah Gül təmirin ödənişini öz cibindən edib. Ödənişin qəbzi
pulun geri qaytarılması üçün Prezident Aparatına göndərilib. Lakin
PA-dan əməkdaşlıq etmədikləri bir yerdə edilən təmirin pulunu ödəyə
bilməyəcəkləri cavabı verilib.

Bütün bu faktların yer aldığı yazı daha sonra naməlum
səbəblərdən silinib.

Zümrüd

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp