Aslanın killer dəstəsinin 12 üzvü tutuldu

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Rusiyanın əsas qatili kimi tanınan Aslan Qaqiyevin
dəstəsinin 12 üzvü xüsusi təyyarə ilə Vladiqafqazdan Moskvaya
çatdırılıb.

Publika.az xəbər verir ki, videoçarx Rusiyanın
İstintaq Komitəsinin yutub kanalında dərc edilib.

Qeyd edək ki, cinayətkar dəstənin adı 2004-2014-cü illərdə
40-dan çox qətldə hallanır. Qətl edilənlər arasında iş adamları,
məmurlar və hüquq-mühafizə orqanlarının əməkdaşları olub.

Qaqiyev Şimali Osetiya, Moskva vilayəti və Moskva şəhərində
ayrı-ayrı 3 killer qrupu yaradıb. Aslan Qaqiyevin özü ötən il
Avstriyadan Rusiyaya ekstradisiya edilib.

Məhkəmə prosesinin təhlükəsizliyini təmin etmək üçün cinayət
qruplaşmasının bütün iştirakçılarının cinayət işinə Moskva
dairəsinin hərbi məhkəməsində baxılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp