14-cü dünya çempionu karyerasını bitirdi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Şahmat üzrə on dördüncü dünya çempionu Vladimir Kramnik
karyerasını bitirib.

Publika.az TASS-a istinadla xəbər verir ki, 43
yaşlı şahmatçı bu barədə bazar günü başa çatan “Veyk-an-Zee”
turnirinin rəsmi saytına bildirib. Yanvarın 12-dən 27-dək davam
edən turnirdə Vladimir Kramnik hollandiyalı Yorden Van Forestlə son
pillələri, 13-14-cü yerləri bölüşüb.

“Mən bir neçə ay əvvəl peşəkar şahmat karyeramı bitirmək
qərarına gəldim və indi son turnirimi oynayarkən ictimaiyyətə bu
barədə məlumat vermək istəyirəm”, – deyə V.Kramnik bildirib.
Tanınmış qrossmeyster peşəkar şahmatçı həyatını möhtəşəm səyahətə
bənzədib və bütün bunlar üçün şahmata minnətdar olduğunu deyib.

“Amma bununla belə sürətli şahmat və ya blits turnirlərində,
eləcə də, şahmatla bağlı müxtəlif tədbirlərdə iştirak etmək və
onların təbliğatına qatılmaq istəyirəm”, – deyə Vladimir Kramnik
əlavə edib.

Qeyd edək ki, Vladimir Kramnik Peşəkar Şahmat Assosiasiyasına
(Beynəlxalq Şahmat Federasiyasının münaqişəsi nəticəsində 1993-cü
ildə yaradılan təşkilat) görə 2000-2006-cı illər dünya çempionu
olub. 2006-cı ildə Peşəkar Şahmat Assosiasiyası və FIDE-nin birgə
təşkil etdiyi dünya çempionatında bolqar Veselin Topalovu məğlub
edərək on dördüncü dünya çempionu adını qazanıb. Rusiyalı zəka
sahibi 2007-ci ildə şahmat tacı uğrunda görüşdə hindistanlı
Vişvanatan Ananda məğlub olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp