Külli miqdarda narkotik vasitə aşkar edildi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş
İdarəsinin Əməliyyat İdarəsinə İran İslam Respublikasından
Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə narkotik
vasitələrin gətirilməsi, saxlanması, daşınması və realizə edilməsi
barədə əməliyyat məlumatı daxil olub.

Komitədən Publika.az-a verilən məlumata görə,
Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsinin əməkdaşlarının
Biləsuvar rayonu ərazisində keçirdiyi əməliyyat tədbirləri
nəticəsində Azərbaycan vətəndaşları Bəşirov Rövşən Bəhmən oğlu və
Alməmmədov Elşad Gülağa oğlu saxlanılıb və onlardan şərti alıcıya
satmaq istədikləri, 11 ədəd polietilen paketlərdə, ümumi çəkisi
1306,8 qram olan narkotik vasitə-heroin aşkar edilərək
götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp