Həyat yoldaşı Arif Alışanovdan boşandı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Bir həftədən artıqdır AzTv-nin sədri vəzifəsindən azad
olunan Arif Alışanovun ailə həyatında da problemlər yaşanmağa
başlayıb.

Arif Alışanovun xanımı, Hesablama Palatasının auditoru Mehriban
Alışanova keçmiş sədrdən boşanıb. Bildirilir ki, bu ayrılıq prosesi
Alışanovun işdən çıxarılmasından bir qədər öncə baş tutub.

Mehriban Alışanova hazırda Hesablama Palatasının 5 auditorundan
biridir. Onların bu evlilikdən 3 övladı var.

Qeyd edək ki, boşanmaya səbəb kimi Arif Alışanovun son zamanlar
şəxsi həyatında baş verən proseslər göstərilir. Arif Alışanovun
dövlət televiziyasının sədri olmasına baxmayaraq, özünü bu posta
qeyri-adekvat aparması, həyatındakı xanımlar, içki məclislərindəki
rəftarı onun ailəsində ciddi narazılıqların yaranmasına səbəb
olub.

Keçmiş sədr həmçinin bir müddət əvvəl zərərçəkmiş kimi tanındığı
məhkəmə işinə görə gündəmə gəlib və prosesin gedişatında ona qarşı
kifayət qədər ciddi ittihamlar səslənmişdi.

Alışanovun keçmiş ortağı və sonradan şikayət edərək həbs
etdirdiyi Şücaət Əkbərov Alışanovla bağlı sensasion faktlar
açıqlamışdı. Maklerlik fəaliyyəti göstərən Ş.Əkbərov demişdi ki,
Arif Alışanov torpaq almağa gəzdiyi qara bir qızla gəlirmiş. O,
hətta AzTV sədrini 2016-cı ildə həmin qızı öldürməkdə ittiham
etmişdi.(axşam.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir