Mənim üçün ən vacibi xalqın gündəlik həyatı, sosial problemlərimizin həllidir

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Mənim üçün, bir Prezident kimi, ən vacibi xalqın
gündəlik həyatı, iqtisadiyyatımız, sənayemiz, sosial
problemlərimizin həllidir.

Bu fikri Prezident İlham Əliyev Çinin CGTN televiziyasına
müsahibəsində bildirib.

Dövlətimizin başçısı deyib: “Xarici siyasətin və mühitin bizə
təsir göstərməsi baxımından düşünürəm ki, bu gün malik olduğumuz
yetərlidir. Siz hər zaman daha yaxşı hal üzərində fikirləşə
bilərsiniz. Hər zaman, hesab edə bilərsiniz ki, beynəlxalq vəziyyət
sizin üçün daha üstün ola bilər, lakin buna nail olmaq üçün siz,
həmçinin ürəkdən çalışmalısınız. Əgər siz oturub gözləsəniz, bu,
heç zaman baş verməyəcək. Hazırda fikirləşirəm ki, ətrafımızda
formalaşan beynəlxalq vəziyyət pisləşməsin. Bu, məni narahat edir.
Əgər o, yaxşılaşarsa və biz onu daha da yaxşılaşdırsaq, töhfə
versək, lap yaxşı. Lakin əgər bu, baş verməsə, onda bu gün
olduğumuz vəziyyətdə qalsaq yaxşıdır, çünki Azərbaycan üçün bu
günün beynəlxalq mühiti, fikrimcə, ən münasibdir və ən yaxşısıdır.
O, bizə daxili məsələlərə, hələ də mövcud olan daxili problemlərə,
onların dinc şəkildə həllinə diqqəti yönəltməyə imkan verir. Sizin
müxtəlif ölkələrlə çətinlikləriniz, anlaşılmazlıq, toqquşmalar,
qarşıdurmalar olanda, bu, sizin diqqətinizi başqa istiqamətə çəkir
və sizə daxili məsələlərinizlə daha çox məşğul olmağa imkan vermir.
Mənim üçün, bir Prezident kimi, ən vacibi xalqın gündəlik həyatı,
iqtisadiyyatımız, sənayemiz, sosial problemlərimizin həllidir.
Xarici siyasətimiz onun qoruyucusudur, ona zəmanət yaradır. Bu günə
qədər siyasətimiz uğurlu olub. Lakin gələcəkdə nə baş verəcəyini
gələcəyin özü göstərəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir