ABŞ-ın savaş gəmisi Azərbaycanın bir addımlığında LÖVBƏR SALDI

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

ABŞ-a aid “Donald Kuk” savaş gəmisi Gürcüstanın Batumi
dəniz limanında görüntülənib.

Publika.az xəbər verir ki, gəmi Gürcüstanla
ortaq hərbi-dəniz təlimləri keçirmək üçün sahilə yan alıb.

Bu barədə Gürcüstan Müdafiə Nazirliyi yazılı açıqlama verib.
Bildirilib ki, müdafiə naziri Levan İzoriya ölkəyə ikinci dəfə
gələn savaş gəmisini görməyə gedib.

Açıqlamada gəminin gəlməsinin səbəbinin Qara dəniz bölgəsindəki
sabitliyi qorumaq olduğu qeyd edilib.

Qeyd edək ki, “Donald Kuk” yanvarın 25-dək Batumidə qalacaq və
Gürcüstan Sahil Təhlükəsizliyi heyətiilə ortaq təlimdə iştirak
edəcək.

Xatırladaq ki, sözügedən gəmi bir neçə gün öncə İstanbul
boğazından keçmiş və şəhər əhalisini vahiməyə salmışdı.

Zümrüd

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir