Məşhur müğənninin həyat yoldaşı bikinidə şəklini paylaşdı – FOTO

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Serdar Ortaçın irlandiyalı həyat yoldaşı Xloya Loughnan
instaqramda ünvanına yazılan “Bir az da ərinlə məşğul ol” sözlərinə
qəzəblənib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər
verir ki, 27 yaşlı məşhur model sosial şəbəkədə bikinidə şəklini
paylaşıb. İzləyicilərindən biri Xloyanı ərinə qarşı biganə olmaqda
ittiham edib. Model buna “Xanım, instaqramda bir şəkil paylaşmaqla
nə işlə məşğul oluram? Evlilik həyatım haqqında nə bilirsiniz?”
deyə cavab verib.

Xatırladaq ki, bir neçə gün əvvəl Gürcüstana gedən müğənni
Serdar Ortaç dağınıq skleroz (sinir sisteminin iltihabi xəstəliyi
olub, baş və onurğa beynində sinir hüceyrələrinin örtük qişasının
zədələnməsi ilə müşahidə olunur) xəstəliyi üçün qəbul etdiyi
dərmanlardan dolayı ölkəyə girişinə qadağa qoyulduğunu söyləyib.
Onun dərmanları əlindən alınaraq üzərində ciddi yoxlama
aparılıb.

Müğənninin xanımı Xloya Loughnan isə 5 ay əvvəl modellik üçün
Mayamiyə getmişdi. Oktyabr ayında keçirdiyi qəzadan sonra bədəninin
sol tərəfində bir çox sınıq meydana gəlmişdi. Məşhur müğənninin bu
müddət ərzində həyat yoldaşının yanına getməməsi “Boşanırlar”
xəbərlərinin yayılmasına səbəb olmuşdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir