Gürcüstanda Azərbaycan mədəniyyəti günləri keçiriləcək

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze
mədəniyyət naziri Əbülfəs Qarayevlə görüş keçirib.

“Report”un verdiyi xəbərə görə, bu barədə Gürcüstanın Xarici
İşlər Nazirliyi məlumat yayıb.

Görüşdə qeyd olunub ki, mədəniyyət sahəsində əldə olunmuş
nailiyyətlər ölkələr arasında mehriban qonşuluq münasibətlərinə
əsaslanır. Tərəflər mədəniyyət sahəsində fəal əməkdaşlığın
gələcəkdə də davam etdiriləcəyinə ümidvar olduqlarını ifadə
ediblər.

Görüş çərçivəsində həmçinin əməkdaşlıq haqqında gələcək planlar
müzakirə olunub və 2019-cu ildə Azərbaycanda Gürcüstan mədəniyyəti,
Gürcüstanda isə Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi
barədə razılıq əldə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir