ABŞ-a “İŞİD-in hücumları”nın ŞOK SƏBƏBİ: kartlar açıq oynanılır

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Suriyada 2015-ci il noyabrın 27-dən etibarən hər hansı
hücumun hədəfi olmayan ABŞ son bir həftə ərzində iki dəfə hücuma
məruz qaldı. Bundan başqa, İsrailin Suriyada ötən ilin mayından bu
yana İranın hərbi nöqtələrinə qarşı ən genişmiqyaslı hücumunu
həyata keçirdi.

Publika.az Türkiyənin “Yeni Şəfəq” nəşrinə
istinadən xəbər verir ki, ekspertlər bu hücumların ABŞ-ın Suriyadan
çəkilmə qərarı ilə birbaşa bağlantısının olduğunu bildirirlər.

Ötən həftə Münbiçdə bir restoranda partlayışın törədilməsi
nəticəsində 4 amerikalı hərbçi ölmüşdü və hücuma görə məsuliyyəti
İŞİD üzərinə götürmüşdü. Dünən isə Suriyanın şimalındakı Haseke
şəhərində ABŞ/PKK hərbi kolonuna hücum oldu. Nəticədə, 5 PKK
terrorçusu öldü, 2 amerikalı hərbçisi yaralandı.

Birinci hadisədə ölən və yaralanan şəxslərin kimliyi açıqlandığı
halda, bunun ikinci hücum zamanı edilməməsi “hərbi kolonda kimlər
var idi”, “kimlikləri niyə gizlədilir” kimi sualların ortaya
çıxmasına səbəb oldu.

Yanvarın 1-də isə yerli vaxtla 02:11-dən 02:56-ya qədər İsrail
hərbi aviasiyası Suriyanın qərb, cənubi-qərb və cənub hissələrinə
hücum edib. Suriyanın hava hücumundan müdafiə sistemləri zərbələri
dəf edib, 30-dan çox qanadlı raket və idarə olunan təyyarə
bombasını məhv edib. Rusiya Milli Müdafiə İdarəsindən bildiriblər
ki, aviazərbələr nəticəsində dörd Suriya hərbçisi həlak olub,
altısı yaralanıb. Dəməşqin beynəlxalq aeroportunun infrastrukturuna
qismən zərər vurulub.

ABŞ hərbçilərinə hücumlardan sonra bölgədəki bütün Amerika
bazaları həyəcan vəziyyətinə gətirildi. Şedadi, Qamışlı və
Rimeylandan qalxan helikopterlər Şedadi bölgəsində yönəldildi.
Ekspertlərə görə, ABŞ-ın Suriyadan çıxmasına qarşı çıxan tərəflər
açıq təxribatlardan çəkinmirlər.

Müstəqil Suriya Kürdləri Birliyinin sədri Əbdüləziz Temo “Yeni
Şəfəq” nəşrinə açıqlamasında söyləyib ki, sadə şəkildə “İŞİD
bitmədi” mesajı verməyə çalışırlar.

“Xəttin şərqindən qərbinə qədər İŞİD-in əməliyyat gücünü
itirmədiyini anlatmağa çalışan iki hücumu izlədik. Burada tək bir
hədəf var, o da “ABŞ da burada qalsın” mesajının verilməsidir”, – o
deyib.

Ömər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp