20 Yanvar hadisələrinə ruslar da qiymət verməlidir

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

1990-cı ilin 20 yanvarı suveren Azərbaycanın tarixində
əsas günlərdən biridir.

Publika.az xəbər verir ki, bu barədə
Azərbaycanın Moskvadakı səfirliyində 20 Yanvar qurbanlarının
xatirəsinə həsr olunan tədbirdə rusiyalı politoloq, publisist
Qriqori Trofimçuk bildirib.

“Qara Yanvar” xronoloji baxımdan Tbilisi və Vilnüs hadisələrinin
arasında baş verib. Bütün bunlar eyni zəncirin halqalarıdır və
bütövlükdə, o vaxt hakimiyyətdə hökm sürən cinayətkarcasına
məsuliyyətsizlikdən xəbər verir. Hamımızın yadındadır ki, Bakıda,
Tbilisidə, Vilnüsdə nə baş verir sualına Mixail Qorbaçov necə cavab
verirdi. O, hər dəfə eyni sözü deyirdi: “Mənim xəbərim yoxdur,
öyrənmək lazımdır, komissiya yaratmaq lazımdır” və s. Buna görə də
məsuliyyət kimi məsələni həll etmək vacibdir və Sovet İttifaqının o
zamankı rəhbərliyinin cinayətkar fəaliyyətsizliyini rəsmi əsasda,
hüquqi rejimdə qiymətləndirmək lazımdır. Bu qiyməti təkcə
azərbaycanlılar deyil, ruslar da verməlidir”, – deyə o
bildirib.

Politoloq 1990-cı il 20 Yanvar hadisələrinin Azərbaycanın
gələcək tarixində əhəmiyyətini qeyd edərək deyib: “Mən özümün
“Əlifba: Azərbaycanı kəşf edərkən” adlı kitabımda yazmışam ki,
Mixail Qorbaçov Azərbaycan üçün ikinci Hitlerdir. Mən bu kitab
üzərində işləməyə başlamazdan əvvəl Şəhidlər xiyabanını ziyarət
etmişəm, əlimi şəhidlərin başdaşılarına sürtmüşəm. Məndə elə bir
hiss var idi ki, sanki onlar o günlərin faciəli enerjisini
özlərində saxlayırlar”.

Q.Trofimçuk qeyd edib ki, 20 Yanvar Azərbaycan tarixində bir
qara daşdır. “Lakin Azərbaycanın yeni dövlətçiliyinin bünövrəsində
təkcə qara deyil, ağ daşlar da qoyulub. Azərbaycan tarixində mühüm
hadisələrdən biri də Heydər Əliyevin ölkədə xaosu aradan qaldırmaq
məsuliyyətini öz üzərinə götürməsi oldu. İndi Azərbaycan gələcəyə
doğru inamla irəliləyir və uğurlar qazanır”, – deyə politoloq
vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir