“Əli Kərimli gəncləri qələbəyə yox, həbsxanaya göndərəcək“ – Niyaməddin Orduxanlı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Əli Kərimlinin oğlu İngiltərədə komfort həyat yaşayır.
Utanmadan gənclərə deyir ki, sizi qələbəyə aparacam. O, gənclərdən
istifadə edib, yüz minlərlə qrand qazanıb”.

Publika.az xəbər verir ki, bu barədə BAXCP
sədrinin müavini, tanınmış QHT sədri, ictimai fəal Niyaməddin
Orduxanlı Milli Şuranın son mitinqinə münasibət bildirərkən qeyd
edib.

Onun sözlərinə görə, keçirilən aksiya radikal müxalifət
qüvvələrinin birgə aksiyasi idi: Əli Kərimli nifrət etdiyi
adamların qapılarını gəzib onlardan xahiş edirdi. Bu da onu
göstərir ki, Kərimli yenə xaricdən sifariş alıb. Onu yaxından
tanıyan adamlar yaxşı bilir ki, xaricdən sifariş almasaydı, heç
zaman Arif Hacılının, İlqar Məmmədovun qapısında boynunu bükməzdi.
Əli Kərimlinin dünənki aksiyası hakimiyyətin də maraqlarına cavab
verirdi. Belə olmasaydı, hakmiyyət İsgəndər Həmidovun liderliyi ilə
yaradılan təşkilata və Müsavat Partiyasına icazə verilmədiyi halda,
Milli Şuraya da icazə verməzdi. Bilirsiniz ki, AŞPA-da Azərbaycanla
bağlı məsələnin müzakirəsi var və bu daha çox iqtidara lazım idi.
Əli Kərimli tələbəlik illərindən iqtidarların və müxtəlif xarici
dairələrin hər zaman xidmətində olub. ABŞ-ın Milli Demokratiya
İnstitunun tapşırığı ilə 2003-cü ilin prezident seçkilərində Etibar
Məmmədovu müdafiə etməsinə də bu yaxınlarda ən sadiq
tərəfdarlarından biri Qorxmaz Əsgərov aydınlıq gətirdi. O yazıb ki,
Kərimli xarici tapşırıqla İsa Qəmbəri deyil, Etibar Məmmədovu
dəstəklədi. ABŞ səfirinin tapşırığı ilə Ki Uest (Key West)
şəhərində Qarabağla bağlı danışıqlar zamanı elan olunmuş mitinqin
təxirə salmasını da hamı bilir. Onu hamı tanıyır, heç kim etibar
etmir və hər kəs bacardığı formada istifadə edir. Bunları ona görə
söyləyirəm ki, bəzi gənclər ola bilsin, onu yaxşı tanımır. Onu
yaxından tanıyanlar əvvəlkilər kimi xəyal qırıqlığına uğrayacaq. O,
tərəfdarlarını nəinki qələbəyə aparmayacaq, əksinə onlara yalnız
məhrumiyyətlər yaşadacaq. Hər zaman Kərimli bu cür şoular
göstərməklə bır sıra gənclərin həyatlarını məhv edib”.

Niyaməddin Orduxanlının sözlərinə görə, bu gün Əli Kərimliyə
jurnalistlər sual verməlidir ki, İngiltərədə yaşayan oğlun ali
təhsilini başa vurdugu halda, niyə gəlib öz əsgərlik xidmətini
yerinə yetirmir: “Qışqıra-qışqıra deyir ki, sizi qələbəyə aparacam.
O, gəncləri qələbəyə yox, həbsxanalara göndərəcək. Hər zaman olduğu
kimi. Qənimət Zahid canlı efirdə deyir ki, Əli Kərimlinin oğlu
İngiltərədə təhsilini tam başa vurub və orada işə düzəlib. 1992-ci
il təvəllüdlü oğlu Türkel Kərimlinin əsgərlik xidmətindən qalmasına
Azərbaycanın hüquq-mühafizə orqanları aydınlıq gətirməlidir. 27
yaşlı bir şəxsin əsgərlikdən yayınması faktı varsa, bunu
ictimaiyyət bilməlidir. Ən azından Əli Kərimlinin oğlu fəraridirsə,
bunu onun yanında olan gənclər bilməlidir. Öz övladlarının oxuduğu
İngiltərədəki unversitetlərə yüz minlərlə avro vəsait ödəyirdi.
Oğlunu əsgərlikdən yayındıran bir adamın səmimiyyətinə inanmayın.
Bilin ki, bu adam növbəti dəfə həmin gənclərdən, şəxslərdən
istifadə edir. Aldığı tapşırığı yerinə yetirir. O insanlar hesabına
Kərimliyə yüz minlərlə avro vəsait verəcəklər. O da həmin pulları
İngiltərədə komfort həyat yaşayan övladlarına xərcləyəcək…”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp