86 yaşlı alpinist Akonkaquanın fəthinə başladı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Yanvarın 18-də 86 yaşlı yaponiyalı alpinist Yuiçiro
Miura Argentinadakı Akonkaqua zirvəsinin fəthinə
başlayıb.

Publika.az xəbər verir ki, yapon alpinist
Cənubi Amerika qitəsinin ən hündür zirvəsini ən tezi dörd günə fəth
etməyi planlaşdırır. Məlumatda qeyd edilir ki, Y.Miura dəniz
səviyyəsindən 4200 metr hündürlükdə yerləşən baza düşərgəsinə çatıb
və zirvəyə son hücum üçün burada yüksək dağ şəraitinə uyğunlaşmağa
başlayıb.

Bu gün onun helikopterlə 5580 metr hündürlüyə qaldırılacağı və
düşərgəyədək olan 300 metr məsafəni özünün qət edəcəyi bildirilir.
Zirvəyə doğru Y.Miuranın kifayət qədər zəif sürətlə hərəkət etməsi
və gün ərzində 200-300 metr məsafəni qət etməsi planlaşdırılır.
Onun 6960 metr hündürlükdə yerləşən zirvəyə təxminən yanvarın 22-də
çatacağı nəzərdə tutulur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp