Tanınmış aktrisanın qəfil HALI PİSLƏŞDİ, xəstəxanaya aparıldı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Tanınmış aktrisa Bensu Soral huşunu itirərək yerə
yıxılıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər
verir ki, məşhur aktrisa dünən rəfiqələri Mina Ekici və Sercan
Gençoğlunun təşkil etdiyi şənlikdə iştirak edib. Mərasimin
başlamasından bir neçə dəqiqə sonra aktrisanın vəziyyəti pisləşib.
Huşunu itirən aktrisa Maslak Acıbadem Xəstəxanasına aparılıb.

Təxminən 3 saat həkim nəzarətindən sonra Soral evə buraxılıb.
Aktrisanın əri Hakan Baş “Mədəsi çox ağrıyırdı, bu səbəbdən halı
pisləşib”, – deyə açıqlama verib.

Bəzi mənbələr isə yeni evlənən cütlüyün övladının dünyaya
gələcəyini iddia edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir