“Nar” paytaxtda yeni rəsmi mağazasını təqdim etdi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Nar” paytaxtda yeni mağazasını təqdim etdi. Müasir
konseptə uyğun olaraq açılan “Nar” mağazası şəhər və ətraf
ərazilərdə yaşayan müştərilərin rahatlığı və onlara göstərilən
xidmət səviyyəsinin daha da yüksəldilməsi məqsədini daşıyır. Mağaza
Bakı şəhəri, Xətai rayonu, M.Hadi 26C (H.Aslanov metrostansiyasının
çıxışında) ünvanında yerləşir. Qeyd edək ki, mağazada müştərilərə
nömrələrin satışı, internet paketlərinin alışı ilə yanaşı, diler
əməkdaşı tərəfindən müxtəlif yüksəkkeyfiyyətli müştəri xidmətləri
göstərilir.

Yeni dükanın təqdimatı ilə əlaqədar olaraq, yanvar ayının sonuna
qədər mağazadan “Nar” nömrə alan müştərilərə ikinci nömrə hədiyyə
veriləcək. Bundan başqa, telefon və aksesuar alan müştərilərə də
“Nar” nömrələri hədiyyə olunacaq. Özünün müştəri yönümlülük və
davamlı təkmilləşmə dəyərlərinə sadiq qalan mobil operator,
mağazada təqdim etdiyi müxtəlif təkliflərlə “Nar” istifadəçilərinə
yüksəkkeyfiyyətli xidmət göstərir.

Mağazaların ünvanı və xidmətlər haqqında ətraflı məlumatı
nar.az/map internet səhifəsindən öyrənmək
olar.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə
fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda
telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən
birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və
tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib.
“Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və
geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar”
şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər
istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə
2,2 milyona yaxın abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli
testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin
göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Sınaqları
test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3
Communications” keçirib və sınaq metodologiyası əhatəli xidmətlər
üzrə müştəri təcrübəsinə əsaslanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir