Finlandiyada erməni təxribatının qarşısı alındı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Finlandiya Azərbaycanlılarının Koordinasiya Şurası”nın
əlaqələndiricisi və “Azərbaycan Türk gənclər təşkilatı”nın rəhbəri
Ülviyyə Cabbarova və təşkilatın üzvü Leyli Hüseynova tərəfindən
erməni təxribatının qarşısı alınıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata
görə, belə ki, müxtəlif ölkələrdə davam edən Beynəlxalq Turizm
sərgilərinin növbətisi 16-20 yanvar tarixlərində Finlandiyada
keçirilir.

Helsinkidə Matkamessuda keçirilən turizm sərgisinə qatılan
erməni şirkəti tərəfindən Azərbaycan ərazisi “Artsax” kimi təqdim
edilib. Soydaşlarımız Ü.Cabbarova və L.Hüseynova sərgi keçrilən
yerə gedərək ermənilərin burada təxribatla məşğul olduqlarını və
Qarabağın Azərbaycan ərazisi olduğunu, “Artsax” adı altında
Qarabağa turist cəlb edilməsinin təxribat xarakterli olduğunu
onların nəzərinə çatdırıblar.

Erməni şirkəti ilə uzun mübahisədən sonra Ü.Cabbarova sərginin
təşkilatçı admnistratorunu Ermənistan stendinə dəvət edib və durumu
ona anladaraq Qarabağın Azərbaycan ərazisi olduğunu təsdiq edən
beynəlxalq sənədləri təqdim edib.

Bundan sonra, soydaşlarımızın təkidi və Admnistratorun göstərişi
ilə Qarabağın Ermənistan ərazisi kimi göstərildiyi xəritə və
broşürlər sərgidən yığışdırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp