Siyahıda olan şəhid ailələrinin vərəsələrinə 11 min manat veriləcək

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Siyahıda olan şəhid ailələrinin vərəsələrinin hamısına
11 min manat veriləcək.

Publika.az xəbər verir ki, bunu Azərbaycan
Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin
sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunmuş iclasında yekun nitqində deyib.

Dövlətimizin başçısı qeyd edib: “Bildiyiniz kimi, keçən il
prezident seçkilərindən dərhal sonra şəhid ailələrinin
vərəsələrinə, – o vərəsələrə ki, o yardımı, o müavinəti
almayıblar,- mənim Sərəncamımla 11 min manat vəsait nəzərdə
tutulur. Artıq vəsaitin verilməsi prosesi başlanmışdır. Bu günə
qədər siyahıda 10 minə yaxın vərəsə var. Onların hamısına 11 min
manat veriləcəkdir”.

İlham Əliyev əlavə edib ki, eyni zamanda, siyahılara baxılır,
dəqiqləşdirilir və bu məsələ ilə bağlı təkliflər də irəli sürülür:
“Mən artıq bu barədə sözümü demişəm. Burada əlbəttə ki, sosial
ədalət prinsipi əsas olmalıdır. Qanun və ədalət. Əminəm ki, biz bu
istiqamətdə də istədiyimizə nail olacağıq. Yəni, bu təşəbbüs, bu
addım bir məqsədi güdürdü ki, vaxtilə o vəsaiti almayan ailələr o
vəsaiti alsınlar. Bunu da biz təmin edirik. Yenə də demək istəyirəm
ki, siyahılar dəqiqləşdirilir və bu məsələ ilə bağlı bundan sonra
da açıqlamalar veriləcəkdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir