Prezidentimizin bu addımları göstərir ki…

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Azərbaycanda beynəlxalq idman yarışlarının, mədəni
forumların keçirilməsi artıq adi hal alıb. Ötən il Bakıda Rusiyanın
baş qərargah rəisi ilə NATO rəsmisinin görüşməsi paytaxtımızın
diplomatik şəhərlərdən birinə çevrildiyini göstərir. Bütün bunlar
güclü dövlətçilik siyasətinin nəticəsidir”.

Bu fikirləri Publika.az-a açıqlamasında millət vəkili
Aydın Mirzəzadə deyib.

Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışını şərh
edən millət vəkili bildirib ki, ötən il Azərbaycanın bütün
sahələrdə olduğu kimi beynəlxalq əlaqələr sahəsində də uğurları bol
oldu:

“Burada həm siyasi, həm iqtisadi amilləri qeyd etmək olar.
TransAtlantik neft borusunun açılışı ötən ilə təsadüf etdi. Əgər
ona qədər beynəlxalq layihələr Azərbaycan, Türkiyə və Gürcüstan
maraqları bazasında qurulurdusa, artıq bu kəmərin inşasına
Avropanın ona qədər dövləti qoşuldu və bu layihə Avropanın
beynəlxalq təşkilatları tərəfindən təqdir edildi.

İkinci vacib məqam isə ondan ibarətdir, ki, Azərbaycan xarici
bazarlarda investisiya yatırmağa başladı. Türkiyədə neft-kimya
sahəsinə qoyulan investisiya həm Azərbaycanın, həm də Türkiyənin
maraqlarına xidmət edir. Bu, onminlərlə yeni iş yerinin
yaradılması, Azərbaycanın özündən çox sayda mütəxəssislərin
idarəetmədə və mühəndis-texniki işlərdə fəaliyyət göstərməsinə
gətirib çıxardı. Azərbaycan özünün xarici bazarlara qeyri-neft
sektorunun məhsullarının ixracatını artırdı. Və bu coğrafiya
günü-gündən genişlənməkdədir. Xaricdə fəaliyyət göstərən Azərbaycan
evləri ölkəmizin brendini daşıyan məhsulları xaricdə satışını təmin
edir.

Bununla yanaşı, beynəlxalq siyasi diplomatiya sahəsində də
uğurlarımızdan danışmaq olar. Azərbaycanın ərazi bütövlüyünün
dəstəklənməsi bu gün dünyanın bir çox ölkələri tərəfindən rəsmi
şəkildə ifadə edilir. Cənab Prezidentin xaricə 16 səfəri və
Azərbaycanın 16 xarici ölkə rəhbərini qəbul etməsi göstərir ki,
Azərbaycan beynəlxalq münasibətlərdə maraq doğuran ölkədir.
Azərbaycanın bir çox məsələlərdə öz mövqeyini ortaya qoymasına,
problemlərin həlli üzrə birgə əməkdaşlıq məsələlərinə bu gün
zamanın ehtiyacı var.

Həmçinin, ötən il ölkəmizdə bir sıra beynəlxalq tədbirlər
keçirildi. Beynəlxalq təşkilatların xətti, Azərbaycanın təşəbbüsü
ilə keçirilən bu tədbirlərdə iştirak edən çox sayda xarici qonaqlar
ölkəmizlə öz ölkələri arasında uğurlu körpünün möhkəmlənməsinə
səbəb oldular”.

Zümrüd

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp