Vaqif Mustafayevin erməniləri təbrik etməsinə SƏRT MÜNASİBƏT: Onun erməni arvadı…

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Rusiyanın Rostov şəhərindəki Azərbaycan diasporunun
rəhbəri Vaqif Mustafayevin erməni xalqını bayram münasibətilə
təbrik etməsi, özü də bütün azərbaycanlıların adından təbrik etməsi
xəbəri olduqca təəssüfləndiricidir və hər bir normal azərbaycanlını
narahat edir. Amma bir gerçəkilik unudulur ki, diaspor rəhbəri kimi
təqdim edilən Vaqif Mustafayevin rəhbərlik etdiyi təşkilatda
özündən və milliyyətcə erməni olan həyat yoldaşından başqa kimsə
yoxdur. Bəzi mətbuat orqanlarında Azərbaycan diasporu, diaspor
liderləri və sair ifadələrlə “zənginləşdirilmiş” informasiyalar
yayımlanır ki, yuxarıdakı faktlar arasında aparılan paraelilliyə
cəhd də bunlardan biridir.

Bunu Report-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat
xidmətindən son günlər Rusiyada Azərbaycan diaspor rəhbərinin
erməniləri təbrik etməsi ilə bağlı yaranan mübahisələrə cavab
olaraq bildiriblər.

“Dövlət Komitəsinin Vaqif Mustafayev adlı adamla nəinki diaspor
rəhbəri kimi, heç xaricdə yaşayan bir fərd olaraq da heç bir
əlaqəsi mövcud deyildir”, deyə komitədən bildirilir.

Bildirilir ki, Rusiyadakı azərbaycanlıların diaspor fəallarından
əldə edilən məlumatlara görə, Vaqif Mustafayevin milliyyətcə erməni
ailəsi ilə yaxın qohumluq əlaqəsi var, ermənilərin nəzarətində olan
şəxsdir: “O, Rostov şəhərində iri biznesmen olan Artuyun Surmayan
tərəfindən idarə olunur və maliyyələşdirilir. Təbii ki, erməninin
idarə etdiyi, maliyyələşdirdiyi Vaqif Mustafayev də, artıq
erməniləşib və onun belə hərəkətləri təəccüb doğurmur. Ona görə ki,
onun yalnız ad və familiyası Azərbaycan dilindədir. Göründüyü kimi,
mətbuat yayımlanan xəbərlər tam həqiqəti əks etdirmir və
şişirdilmiş şəkildə təqdim olunur ki, bu da ümumxalq və ümumdövlət
maraqlarına ziddir” – deyə azərbaycanlı fəallar bildiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir