Hirkan Milli Parkında daha bir bəbir qeydə alındı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Hirkan Milli Parkında foto-tələlər vasitəsilə bəbirin
fotoşəkilləri qeydə alınıb.

Publika.az xəbər verir ki, bəbir Ekologiya və
Təbii Sərvətlər Nazirliyi, IDEA İctimai Birliyi, Ümumdünya Təbiəti
Mühafizə Fondu (WWF) ilə birgə Hirkan Milli Parkının ərazisində
bəbirlərin populyasiyasının bərpası ilə bağlı keçirdikləri növbəti
monitorinq zamanı aşkarlanıb.

Qeyd edək ki, Hirkan Milli Parkının ərazisində bəbirlərin
müntəzəm qeydə alınan şəkilləri bu növün Milli Park ərazisində
davamlı olaraq yaşadığını bir daha sübuta yetirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir