Lukaşenkodan Moskvaya AÇIQ TƏHDİD: Qərb istiqamətində…

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Rusiya Qərb istiqamətində yeganə müttəfiqini itirə
bilər.

Publika.az BELTA agentliyinə istinadən xəbər
verir ki, bu haqda Minskdə müşavirədə Belarus prezidenti Aleksandr
Lukaşenko bildirib.

Onun sözlərinə görə, Belarus timsalında müttəfiqin itirilməsi
neft sferasında vergi manevri üçün kompensasiya üzrə razılaşmanın
olmaması nəticəsində baş verə bilər.

Qeyd edək ki, rəsmi Moskva neft sahəsindəki vergi manevrlərinin
keçirilməsinə görə Minskə kompensasiya ödəməkdən imtina edir.
Hesablamalara görə, Minskin itkiləri yaxın illərdə 10,5 milyard
dollar təşkil edəcək.

Rusiyada neft sahəsində vergi manevri barədə qanun Dövlət Duması
tərəfindən 2018-ci ilin yayında qəbul olunub. Qanuna əsasən,
2024-cü ilə qədər neft və qaza qoyulan ekspert rüsumları tədricən
ləğv ediləcək, eyni zamanda, faydalı qazıntıların hasilatına
qoyulan vergi artırılacaq. Buna qədər Belarus Rusiya yanacağını
daxili bazar qiymətinə alırdı. Yeni dəyişikliklərdən sonra isə
Minsk Rusiya neftini daha baha qiymətə alacaq.

“Əgər Rusiya rəhbərliyi belə bir yol seçəcəksə, bu, onların
seçimidir. Biz onları məcbur edə bilmərik”, – Lukaşenko deyib.

Lukaşenko hökuməti neftin çatdırılmasının alternativ
variantlarını tapmağa, həmçinin gəlirlərin alternativ mənbələrini
axtarmağa çağırıb. Dövlət başçısı xəbərdarlıq edib ki, Belarus
vətəndaşları heç bir əlavə yükü hiss etməməlidir.

Prezident xatırladıb ki, 2019-cu ildə Belarusda iki neft emalı
zavodunun müasirləşdirilməsi başa çatmalıdır və bundan sonra Minsk
nefti yalnız Rusiyadan deyil, həm də başqa ölkələrdən alacaq.

“Baltikyanı limanlar vasitəsilə neftin alternativ çatdırılmasına
nail olmaq lazımdır. Əgər litvalılar razı deyillərsə, latışlarla
razılaşmaq və bu nefti almaq lazımdır”, – dövlət başçısı
vurğulayıb.

Ömər Dağlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp