Hicablı qadınları təhqir edən aktrisa polisə çağırıldı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Məşhur aktrisa Dəniz Çakır sabah məhkəməyə gedib ifadə
verəcək.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər
verir ki, İstanbulda alış-veriş mərkəzindəki kafedə hicablı
qadınları təhqir etdiyi iddiasıyla aktrisa Dəniz Çakır haqqında
cinayət işi açılıb.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK
partiyasının dünənki yığıncağında çıxış edərkən aktrisanın
gündəmdən düşməyən hərəkətini kəskin tənqid edərək onu faşist
adlandırıb.

“Bu ölkənin başı örtülü gənc qızlarına “Səudiyyə Ərəbistanına
gedin” demək faşistliyin ən yüksək həddidir. “Səudiyyə Ərəbistanına
gedin, burada nə işin var” deyənləri düşünün, özü də sənətçi imiş.
Nə deyirsiniz, deyin bu ölkədə insanların həyat tərzi ilə məşğul
olan CHP təfəkkürlüdür. AK partiyası tam əksinə, bu ölkədə həyat
növlərini zəmanət altına alan siyasi təfəkkürdür” , – deyə ölkə
başçısı bildirmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir