Paşinyandan Sarkisyana NÖVBƏTİ ZƏRBƏ: əsas adamlarından birini…

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

İrəvan Ümumi Yurisdiksiya Məhkəməsi 2008-ci il
hadisələri üzrə istintaq qrupunun keçmiş rəhbəri Vaaqna Artünyanın
qiyabi həbsi barədə qərar çıxarıb.

Publika.az Ermənistan KİV-inə istinadən xəbər
verir ki, bu haqda ölkənin Xüsusi İstintaq Xidmətinin mətbuat
xidməti bildirib.

Məhkəmə bununla da Artünyanın həbsi haqqında ilkin istintaq
orqanının xahişini təmin edib.

Qeyd edək ki, Vaaqna Artünyan 2007-2011-ci illərdə xüsusi işlər
üzrə böyük müstəntiqi işləyirdi. 2014-cü ilin sentyabrında isə
Ermənista İstintaq Komitəsinin başçının müavini və xüsusi işlərin
araşdırılması üzrə baş idarənin müdiri olub. Ermənistanın yeni baş
naziri Nikol Paşinyan hakimiyyətə gələndən sonra onun istefası
haqqında sərəncamı imzalayıb.

Keçmiş prezident Serj Sarkisyanın əsas adamlarından biri sayılan
Artünyan hazırda axtarışdadır.

Ömər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir