Azərbaycanlı futbolçu “Spartak”da – Uzunmüddətli MÜQAVİLƏ

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Moskva “Spartak”ı azərbaycanlı futbolçu Ayaz Quliyevin
keçidini rəsmiləşdirib.

Publika.az klubun rəsmi “Twitter” səhifəsinə
istinadən xəbər verir ki, Moskva təmsilçisi 23 yaşlı yarımmüdafiəçi
ilə uzunmüddətli müqavilə imzalayıb. Sözləşmənin detalları isə
açıqlanmayıb.

Daha öncə A.Quliyevin Moskva təmsilçisində illik 1.2 milyon
məvacib alacağı və bu keçid üçün “Spartak”ın “Rostov”a 1 milyon
avro təzminat ödəyəcəyi yazılıb.

Qeyd edək ki, A.Quliyev məhz mövsümün əvvəlində yetirməsi olduğu
“Spartak”dan “Rostov”a keçib. O həmçinin 21 yaşadək futbolçulardan
ibarət Rusiya milli komandasının da formasını geyinib. Hazırda onun
Azərbaycanın əsas yığmasına cəlb olunması gündəmdədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir