Dünya Bankının prezidenti postundan gedir
Müstəqil.az informasiya agentliyi xəbər verir ki,
fevralın 1-dən istefaya gedəcək.
Publika.az “RİA Novosti”yə istinadən xəbər
verir ki, bankın rəhbəri vəzifələrini icraçı direktor Kristalina
Georgiyeva icra edəcək.
Kim öz vəzifəsini səlahiyyətlərinin 2022-ci ildə bitməsinə xeyli
qalmış tərk edir. O, 6 ildən artıqdır bankın rəhbəri vəzifəsində
çalışır. İstefanın rəsmi səbəbi bankirin iqtisadiyyatın özəl
sektoruna qayıtmaq istəyi ilə bağlıdır.
“Kim bildirib ki, istefadan dərhal sonra (özəl) firmaya
qoşulacaq və inkişaf etməkdə olan ölkələrdə investisiya
infrastrukturunun yüksəldilməsi üzərində işləyəcək”, – deyə
məlumatda bildirilir.
Kimin dəqiq harada işləyəcəyi açıqlanmır.
O, DB-nin rəhbəri vəzifəsinə 1 iyul 2012-ci il tarixində
başlayıb. 2016-cı ildə səlahiyyət müddəti başa çatsa da,təşkilatın
Direktorlar Şurası onu yenidən qrupun prezidenti seçib.