Həbiblə Makqreqor yenidən RİNQƏ ÇIXACAQ

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Bu il Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə
qalibi olan rusiyalı samboçu Həbib Nurməhəmmədovla rəqibi,
irlandiyalı boksçu Konor Makqreqor arasında təkrar döyüş ola
bilər.

Report xəbər verir ki, bu barədə Mütləq Döyüş Çempionatının
rəhbəri Deyn Uayt bildirib.

“Düşünürəm ki, onlar 2019-cu ildə yenə görüşəcəklər. Əgər hər
şey plan üzrə getsə, döyüş olacaq”, – deyə Uayt bildirib.

Ötən ilin 6 oktyabrında Rusiyalı samboçu Həbib Nurməhəmmədov
Amerikanın Las-Veqas şəhərində keçirilən UFC turniri üzrə yüngül
çəkidə çempion titulu uğrunda döyüşdə irlandiyalı Konor Makqreqora
qalib gəlib.

Daha əvvəl irlandiyalı boksçu Konor Makqreqor da bildirib ki,
yüngül çəkidə UFC kəmərinin sahibi olan rusiyalı Həbib
Nurməhəmmədovla revanş döyüşü keçirmək niyyətindədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir