Bu sahələrdə işləyənlər VERGİ ÖDƏMƏYƏCƏK

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Bu gündən etibarən bəzi sahələrdə aylıq əməkhaqqı 8 000
manata qədər olan vətəndaşlar üçün 7 il müddətində gəlir vergisi
üzrə 100%-lik güzəşt verilir.

Report xəbər verir ki, Vergilər Məcəlləsinə edilən dəyişikliyə
əsasən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət
sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin
muzdlu işdən aylıq gəlirlərindən vergi aylıq əməkhaqqı 8 000
manatadək olduqda 0 səviyyəsində, əməkhaqqı 8 000 manatdan çox
olduqda isə 8 000 manatdan çox olan məbləğin 14% həcmində
müəyyənləşdirilib.

Qeyd edək ki, bu qanunun 2019-cu il yanvarın 1-dən 7 il
müddətində tətbiqi nəzərdə tutulur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp