Tanınmış ekspert: “Bütün DYP avtomobilləri yoxlanılmalıdır”

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Yol Patrul Xidmətinin avtomobilinin yanmasının səbəbi
məlum olub.

Publika.az xəbər verir ki,bu barədə nəqliyyat
eksperti Ərşad Hüseynov məlumat verib.

Ekspert avtomobilin yanmanının ona qanunsuz müdaxilə ilə
əlaqədar olduğunu deyib:

“Yol Patrul Xidmətinin avtomobilinin yanması çox ciddi siqnal
olmalıdır. Əvvəllər də dəfələrlə qeyd etmişik ki, bu şəraitdə belə
avtomobilin yanması böyük ehtimalla yalnız elektrik şəbəkəsindəki
problemdən ola bilər. Bu isə o deməkdir ki, avtomobilin elektrik
şəbəkəsinə naşı müdaxilə olub.
Yollarda hərdən qarşımıza radiator barmaqlığı arxasında sayrışan
işıq qoyulmuş patrul avtomobilləri çıxır. Bax problem də budur.
Həmin işıqlar standartda yoxdur. Ona görə də həmin işıqlar zavodda
qoymurlar. Sonradan qoyanda isə naqillərin seçimi, birləşdirilməsi
üsulları məlum deyil”.

Ekspert bildirib ki, bu işin naşı icrası isə yolun ortasında
avtomobilin alışmasına gətirib çıxara bilər:

“Yaxşı olar ki, bu hadisədən sonra bütün patrul avtomobilləri
yoxlanılsın. Belə əlavələrin (işıqlar, səs siqnalı, adi işıq
cihazlarına uyğun gəlməyən lampaların qoyulması və s.) hamısı
aradan qaldırılsın. Avtomobillərdə yalnız standarta uyğun xüsusi
işıq və səs siqnalları saxlanılsın”.

Qeyd edək ki, dünən Bakıda Dövlət Yol Polisinə məxsus “BMW”
markalı avtomobil yanıb. Hadisə Xəzər rayonu, Şüvəlan qəsəbəsində
yerləşən Polis Akademiyasının qarşısında tədbir vaxtı baş
verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir