Ordumuzdan DƏQİQ ZƏRBƏLƏR: şərti düşmən DARMADAĞIN EDİLDİ

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına
uyğun olaraq artilleriya bölmələri DANA özüyeriyən artilleriya
qurğularının tətbiqi ilə praktiki atışlar keçirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən
Publika.az-a verilən məlumata görə, atışlar döyüş
şəraitinə maksimal yaxın vəziyyətdə icra olunub.

Avtomatik idarəetmə sistemi ilə təchiz edilmiş 152 mm-lik
artilleriya vasitələrindən şərti düşmənin canlı qüvvə və atəş
vasitələri, uzunmüddətli müdafiə qurğuları, idarəetmə məntəqələri,
artilleriya və minaatan batareyaları məhv edilib.

Komandanlıq təlimlərə cəlb olunan şəxsi heyətin döyüş
hazırlığını yüksək qiymətləndirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir