Bakıda ŞOK CİNAYƏT – İş adamını avtomobilində güllələyib öldürdülər

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Bakıda iş adamı qətlə yetirilib.

Publika.az xəbər verir ki, Xətai rayonu
Sadıqcan küçəsində 1970-ci il təvəllüdlü Vahabov Fariz Mirzahid
oğlu özünə məxsus “Hyundai” markalı 99 HV 222 dövlət nömrə nişanlı
avtomobilində güllələnib. Onun meyiti dünən saat 20 radələrində
maşınında aşkarlanıb.

Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin
120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Hazırda qətli törədən şəxs və şəxslərin tutulması istiqamətində
əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bildirilir ki, F.Vahabov iş adamı olub və bəzi şəxslərlə mülk
davası olub.

Nizam

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp