Yeni ilin ilk 12 günü bunu edənlər BÖYÜK UĞUR QAZANACAQ

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Yeni İlin ilk 12 günündə növbəti il üçün müvəffəqiyyətin
bünövrəsini qoymaq olar.

Publika.az Rusiya mətbuatına istinadən xəbər
verir ki, Yeni ilin ilk 12 günü insan həyatının 12 əsas sahəsini
simvolizə edir. Onların hər biri 12 zodiak işarəsinə əsaslanır.
Astrologiya prinsipləri əsasında həyatın bütün sahələrində uğurun
təməlini qoymaq olar.

Bu yazıda oxucuları bayramdan sonrakı 12 günün insan həyatında
əhəmiyyəti barədə tanış edəcəyik.

1 Yanvar

Bu tarixdə zahiri görkəminizlə, idman və özünü inkişafla məşğul
olun. Bayramın səhəri günü bütün bunları yerinə yetirmək, əlbəttə
ki, asan deyil. Lakin il ərzində ideal formada olmaq, gözəl və
qamətli görünmək və istəyirsinizsə, əziyyət çəkmək lazım gələcək.
Hədəflərinizi məhz bu sferalarda təyin etmək arzu olunandır.

Məqsədlərə daha tez nail olmaq üçün real addımlar atmaq lazımdır
– idman zalına gedin və ya evdə hər hansı bir fiziki məşq edin. Bu
gün özünüinkişaf barədə unutmayın. Görünüşünüzü yaxşılaşdırmaq da
vacibdir. Məsələn, yeni paltar geyinin, gözəl makiyaj və manikür
edin, saçlarınızı səliqə ilə darayın.

Şübhəsiz ki, çoxları bunu 31 dekabrda həyata keçirir, amma 1
yanvarda gözəl görünmək ilin uğurlu keçməsi üçün vacib şərtdir.
Bütövlükdə Yeni ilin ilk gününü həyatınızda ən əhəmiyyətli insana –
ÖZÜNÜZƏ həsr edin. Təəssüf ki, adətən başqa cür olur, biz bütün
tətil günlərini qonaqlarımıza və ev işlərinə ayırırıq. Bu günü çox
səmərəli olmalıyıq!

2 Yanvar

Yanvarın 2-də material haqqında düşünmək lazımdır. Bu gün gəlir,
pul, maddi vəziyyətlə əlaqələndirilir. İl ərzində nə qədər pul
qazanmaq və hansı gəlir mənbələrinə sahib olmaq istədiyinizi,
yazın. Pulla bağlı hər hansı iş görün: bütün pulunuzu sayın,
maaşınızı alın, evə pul daxılı alıb içinə pul atın, yeni bir cüzdan
seçin, yeni gəlir mənbəyi yaradın və s.

Yanvarın 2-də heç bir halda borc verməyin və almayın.
Ümumiyyətlə, yaxşı olardı ki, bu tarixdə böyük alış-veriş
etməyəsiniz, əksinə, hər hansı əlverişli gəlir mənbəyi tapmağa
çalışın. Onda bütün il pul sizə tərəf gələcək.

3 Yanvar

Yanvarın 3-ü ünsiyyət, məlumat, intellekt və təhsil rəmzidir.
Öyrənmək istədiyiniz dili və ya digər peşə sahələrini vərəqə yazın.
Bu tarixdə çoxlu oxumaq, yeni məlumat əldə etmək, biliyinizi
artırmaq tövsiyə olunur – amma yalnız işıqlı və maraqlı
informasiyalarla tanış olun. Hər deyilən sözə çox diqqətlə yanaşın.
Bu gün kobud sözlər istifadə etmək, xüsusən söyüş söymək və öz
nitqini zibilləmək olmaz. Yalnız xoş vibrasiyalar daşıyan uğur və
harmoniya haqqında danışın.

Bu gün həm də nəqliyyat vasitələri ilə əlaqəlidir, odur ki,
avtomobil almaq istəyirsinizsə, onun haqqında rəylər oxuyun, bütün
məlumatları öyrənin, hətta maşın bazarına gedib onun xüsusiyyətləri
ilə canlı şəkildə tanış olmaq olar.

4 Yanvar

4 Yanvar ailəni simvollaşdırır. Xəyallarınızdakı ideal ailə
həyatını vərəqə köçürün. Evlisinizsə, ailədə həyatında dəyişdirmək
istdəyiniz məqamları yazın. Bütün günü evdə, ailə əhatəsində
keçirin, bayram masası arxasında toplaşın. Bu gün ailə
harmoniyasını hiss etmək çox vacibdir. Yalnız ailənizlə deyil,
yaxınlarınızla, xüsusən də valideynləriniz və nənə-babalarınızla
ünsiyyət qurun. Vəfat etmiş doğmalarınızı xatırlayın, yaşadığınız
üçün minnətdaran olun və hər kəsi bağışlayın.

5 Yanvar

Bu tarix sevgini, hobbini, yaradıcılığı, zövq duyumunu və
uşaqları simvolizə edir. Bu sferalarda məqsədlərinizi yazın. Günü
uşaqlarla keçirin, yaradıcılıqla məşğul olun, özünüzə zövq yaşadın,
əylənin, restorana gedin, rahatlayın və sevgilizlə görüş təyin
edin. Bu günü qaçırmayın! Əylənmək və həyatdan zövq almaq
lazımdır!

6 Yanvar

Yanvarın 6-sı gündəlik məişət qayğıları, iş, qidalanma və
sağlamlıq ilə əlaqəlidir. Sağlamlığınız üçün faydalı üsullar həyata
keçirin (vannaya gedin, masaj edin və ya yoqa ilə məşğul olun).
Xüsusilə, bəslənməyə diqqət yetirin, ağır yemək yeməyin, yüngül və
faydalı yeməklərə üstünlük verin.

Sahib olmaq istədiyiniz vəzifə, iş və həmkarlar barədə kağıza
yazın. Əgər rəhbərsinizsə, şirkətinizdə görmək istədiyiniz
əməkdaşların xüsusiyyətlərini qeydə alın. Bu gün heyvanlarla söhbət
edin, bu, sizin üçün çox əlverişli olacaq. Adi ev işləri və işlə
məşğul olun.

7 Yanvar

Bu gün nikah, həyat yoldaşı və tərəfdaşlarla bağlıdır.
Arzularınızdakı ideal nikahı və münasibət qurmaq istədiyiniz
insanda görmək istədiyiniz keyfiyyətləri vərəqdə təsvir edin.
Subaysınızsa, şadlıq sarayına gedib gəlin və bəy kürsüsündə
əyləşdiyinizi təsəvvür edin. Bir sözlə, Kainata ötürün ki,
evlənməyə hazırsınız. Evlisinizsə, bütün günü həyat yoldaşınızla
birlikdə keçirin, bayram süfrəsi qurub gələcək planları müzakirə
edin.

Həmin tarixdə sevgiliniz və ya həyat yoldaşınızla mübahisə
etməyin, tənqidləri başqa vaxta saxlayın, güzəştə gedin. Əksinə,
güclü hissləriniz barədə danışmaq və bir-birinizə nə qədər qiymət
verdiyinizi göstərmək daha yaxşıdır.

İşgüzar əlaqələr üçün lazım olan tərəfdaşları təsəvvür edin,
bütün peşəkar və insani keyfiyyətlərini yazın.

8 Yanvar

Bu tarix risk, böhran, böyük pullar, ortaq pul, hamiləlik və
təmizlənməni simvollaşdırır. Bu günlərdə həddindən artıq və riskli
tədbirlərdən çəkinin. Enerjinizi pul axınlarına yönəltmək daha
yaxşıdır – banka gedib özünüzü böyük pul enerjisi ilə qidalandırın.
Bu gündə bank hesabı açmaq və müəyyən bir məbləğ yatırmaq
əlverişlidir. Beləliklə, hesabınız il boyu artacaq. Gələn il kredit
yükündən azad olmaq üçün bu gün borcu ödəmək tövsiyə olunur.

8 Yanvar uşaq və hamiləlik ilə bağlıdır. Əgər planda uşaq sahibi
olmaq varsa, hamiləliyin ideal şəkildə keçdiyini təsəvvür edin.

8-ci gün təmizlik rəmzidir, odur ki, köhnəlmiş və lazımsız bir
şeyləri atın. Həmin gün nə isə itirmisinizsə, sevinin, ona
həqiqətən artıq ehtiyac yoxdur.

9 Yanvar

9-cu gün səyahət, tədris, ali təhsillə bağlıdır. Odur ki,
səyahət etmək və ya təhsil almaq istədiyiniz ölkələrin siyahısınızı
yazın. Əgər bu gün bilərəkdən səyahətə çıxsanız, bütün ili
səyahətlərdə keçirəcəksiniz.

10 Yanvar

10-cu gün karyera və böyük peşəkarlıq uğurlarını simvolizə edir.
Odur ki, qarşınıza qoyduğunuz ən yüksək hədəfə nail olmaq üçün nə
lazım olduğu haqqında ətraflı düşünün. Sizə nə cür karyera
lazımdır? Hər hansı şirkətin və ya qurumun əməkdaşısınızsa, ideal
müdiri təsvir edin, bu gün müdirinizlə yaxşı əlaqələr qurmaq
vacibdir.

11 Yanvar

11-ci günü dostlar və tanışlara həsr edin. Bu gün dostlar və
ağıllı insanlarla söhbət edin. Yanvarın 11-i həm də arzu və
istəklər ilə əlaqələndirilir. Odur ki, gözlənilməz və fövqəladə bir
şey edin. Xəyallarınızda arzunuzun həyata keçdiyini təsəvvür edin
və bütün günü onun sevinci ilə keçirin.

12 Yanvar

Sonuncu tarix təklik, sirr, mənəviyyat, dua, meditasiya günüdür.
Bu gün susmaq, dua etmək, meditasiya etmək, ezoterik, mistik, gizli
və naməlum məlumatlar oxumaq lazımdır. Gələn ilin bütün arzu olunan
nəticələrini yekunlaşdırın və bu barədə heç kimə məlumat verməyin.
Bu gün müqəddəs məkanlara getmək və ali qüvvələrdən kömək istəmək
yaxşıdır.

12 astroloji həyat sahəsinə görə vərəqi 12 günə bölüb hər günü
müvafiq şəkillər və istəklər ilə doldura bilərsiniz. Bu,
istəklərinizi Kainata açıq şəkildə ötürmək üçün gözəl üsuldur.
Bununla da kainat arzularınızı və məqsədlərinizi reallığa çevirməyi
asanlaşdıracaq.

Bu təcrübə aktiv Astroloji və Astromagiyaya aiddir. O, sizi boş
oturmamağa və öz taleyinizi aktiv şəkildə idarə etməyə sövq
edir.

Aytən

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir