“Qarabağ” da yarımfinalda

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Futbol üzrə Azərbaycan Kubokunda sonuncu yarımfinalçı
müəyyənləşib.

Publika.az xəbər verir ki, bu, “Qarabağ”
komandasıdır.

Evdə keçirdiyi 1/4 final mərhələsinin ilk oyununda “Keşlə”yə 1:0
hesabı ilə qalib gələn Ağdam təmsilçisi cavab qarşılaşmasında
lazımı nəticəni təmin edib.

“ASK Arena”da baş tutan görüşdə hesabı meydan sahibləri açıb.
“Keşlə”nin forvardı Amil Yunanov 29-cu dəqiqədə baxımlı qola imza
atıb. Qonaqlar fasilədən sonra – 50-ci dəqiqədə Miçel Madeyranın
dəqiq zərbəsi ilə tarazılığı bərpa ediblər. Bu, oyunda vurulan son
qol olub – 1:1. Matçın 90-cı dəqiqəsində “Qarabağ”ın mərkəz
müdafiəçisi Yakub Jezniçak ikinci sarı vərəqə alaraq komandasını
azlıqda qoyub.

Beləliklə, “Qarabağ” yarımfinalda “Qəbələ”, “Zirə” isə
“Sumqayıt”la qarşılaşacaq.

Qeyd edək ki, yarımfinal mərhələsinin ilk oyunları gələn il
aprelin 23-də, cavab matçları isə mayın 1-də olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir