Ərdoğandan İrana DƏSTƏK
Müstəqil.az informasiya agentliyi xəbər verir ki,
qarşı tətbiq etdiyi sanksiyalar nəticəsində regionda təhlükəsizlik
və sabitliyin təhlükəyə uğradığını vurğulayıb.
Publika.az xəbər verir ki, o bunu V
Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının Ankarada
keçirilən iclasından sonra İran prezidenti Həsən Ruhani ilə təşkil
olunan birgə mətbuat konfransında bildirib.
Türkiyə lideri iki ölkə arasında 2017-ci ildə 11 milyard ABŞ
dolları həcmində olan ticarət dövriyyəsinin cari ilin oktyabr ayına
8 milyard dollaradək azaldığını, hədəflərinin də həmin rəqəmi 30
milyarda çatdırmaq olduğunu deyib.
Tərəflər arasında bölgənin təhlükəsizliyini və sabitliyini
təhdid edən amillərin qarşısını almaq üçün ortaq siyasi iradənin
olduğunu qeyd edən dövlət başçısı, “İrana qarşı haqsız hesab
etdiyimiz təzyiqlərin daha da artdığı bu dövrdə, qardaş İran
xalqının yanında durmağa davam edəcəyik” – deyə vurğulayıb.
ABŞ tərəfindən tətbiq edilən birtərəfli embarqolara qarşı qəti
mövqeyinə görə Türkiyəyə təşəkkür edən İran prezidenti Həsən Ruhani
də “heç bir üçüncü ölkə qonşuluq əlaqələrimizə xələl gətirə bilməz”
deyə vurğulayıb. İran lideri həmçinin ABŞ-ı beynəlxalkq hüquq
normalarını tapdalamaqda ittiham edib:
“Astana prosesi çərçivəsində Türkiyə və Rusiya ilə yaxın
əməkdaşlığa davam etmək, sonrakı zirvə görüşünü Rusiyada keçirmək
barədə razılığa gəlmişik. Suriya bizim üçün çox əhəmiyyətlidir. Bu
ölkənin ərazi bütövlüyünü qorumaq məsələsində Türkiyə ilə
həmrəyik”. (report)