Elmar Məmmədyarov İsakzai ilə görüşdü

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Xarici işlər naziri Elmar MəmmədyarovBirləşmiş Millətlər
Təşkilatının (BMT) Azərbaycan Respublikasında
rezident-əlaqələndiricisi Qulam İsakzaini qəbul edib.

XİN-dən Publika.az-a verilən məlumata görə,
diplomat BMT-nin inkişaf sistemində aparılan islahatlar haqqında
ətraflı məlumat verib və bu xüsusda üç istiqamətdə – katiblik,
sülhməramlılıq departamenti və inkişaf sistemində islahatların
həyata keçirildiyini qeyd edib.

Q.İsakzai BMT Baş Assambleyasının 2018-ci ilin may ayında
yekdilliklə qəbul etdiyi qətnaməyə əsaslanan Birləşmiş Millətlər
inkişaf sisteminin islahatlarının ilk növbədə effektivliyin
artırılmasına yönəldiyini söyləyib və islahatlar prosesinin
dəstəklənməsi üçün xüsusi Etimad Fondunun yaradıldığını
vurğulayıb.

Tərəflər BMT və Azərbaycan arasında sonuncu dəfə 2016-cı ildə
imzalanmış Tərəfdaşlıq Çərçivə sənədinin yenilənməsi üzrə qarşıdan
gələn il ərzində danışıqların başlanması üzrə fikir mübadiləsi
aparıblar.

Ölkəmizin BMT ilə faydalı və hərtərəfli əməkdaşlıq qurduğunu
deyən Elmar Məmmədyarov ölkəmizin BMT çərçivəsində siyasi dialoq və
praktiki əməkdaşlıqda fəal iştirak etdiyini bildirib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında fikir mübadiləsi aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp