Azərbaycan doğru inkişaf yolundadır – Avropa İttifaqı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycan doğru inkişaf yolundadır.

Publika.az-ın Trend-ə istinadla verdiyi
məlumata görə, bunu Bakıda keçirilən İnsan kapitalı üzrə Forumda
Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri
Kestutis Yankauskas deyib.

O vurğulayıb ki, Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi
üzərində cəhdlə işləyir və müasir cəmiyyət yaratmaq istəyir.

Bu baxımdan o, ölkənin ticarət tərəfdaşı və iri investoru olan
Aİ-ninn rolunu qeyd edib. Məşğulluq sahəsində Azərbaycanın
qarşısında böyük çağırışların dayandığının bildirən K.Yankauskas
bildirib ki, Aİ 28 üzv ölkənin ən yaxşı praktika və təcrübəsini
təklif edə bilər.

Onun sözlərinə görə, Azərbaycanda reallaşdırılan layihələr
arasında Aİ ən çox təhsil sahəsindəki layihələrə vəsait
xərcləyir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp