Millət vəkili əsəbiləşdi: “Deyirlər ki, Tahir Kərimlinin…”

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Milli Məclis tərəfindən “Mətbuat Şurası haqqında”
qanunun qəbul olunması vacibdir. Təhqir səsləndirənlərin yeri
gələndə cəzalandırılması məsələsinə baxılmalıdır. Eyni zamanda bu
məsələ “Teleradio Şurası haqqında” qanuna da aiddir. Biz görmürük
ki, bir neçə günlüyünə də olsa, hansısa televiziya verilişi
dayandırılsın. Bizdə ciddi jurnalistlər var, uzun müddət
tanıdıqlarım da var. Onlar işlərinə vicdanla
yanaşırlar”.

Publika.az xəbər verir ki, bu fikirləri Milli
Məclisin iclasında deputat Tahir Kərimli deyib.

O bildirib ki, Azərbaycan televiziyasında parlamentin komitə
sədrlərindən biri Feysbuk şəbəkəsindəki iyrəncliklərdən haqlı
olaraq bəhs edib:

“Sanki bizim mətbuat, sosial şəbəkələr uşaqlarımızın
şəxsiyyətini uşaqlıqdan öldürməklə məşğuldur. Bunlar azmış kimi,
dövlətin parlamentini gözdən salırlar. Sosial şəbəkələrə
informasiya yemi lazımdır. Sözləri dəyişirlər, kontekstdən
çıxarırlar, ağızlarına gələni deyirlər. İstənilən səviyyədə dövlət
məmurunu təhqir edirlər. Ona görə də qanunda bu məsələyə baxmaq
lazımdır. Adamı abırsız bir vəziyyətə salırlar. Biz ailə tərbiyəsi
görmüşük, 50-60 il yaşamışıq. Uşaqlıqdan bizi valideynlərimiz
küçəyə buraxmayıb ki, o sözləri eşidək. Bizi açıq təhqir edirlər,
biabır edirlər. Hər birimizin təhqir olunması parlamentin nüfuzunun
aşağı salınması deməkdir. Prezidentin köməkçisi Əli Həsənov da öz
müsahibəsinə bu məsələyə toxunub. Deyirlər ki, “Tahir Kərimli
damarının dozası yüksək oldu”. Heç mən siqaret də çəkmirəm, bu nə
sözdü mənə deyirlər?”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir