Messi 5-Cİ DƏFƏ…

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Barselona”nın və Argentina millisinin ulduz futbolçusu
Lionel Messi karyerası ərzində beşinci dəfə “Qızıl Buts”un sahibi
olub.

Publika.az xəbər verir ki, bu barədə klubun
“Tvitter” səhifəsində yazılıb. Argentinalı hücumçu 2017-2018-ci il
mövsümündə ölkə çempionatlarında ən çox qol vuran futbolçuya
verilən mükafata 36 oyunda 34 dəfə fərqləndiyi üçün layiq
görülüb.

Bu nominasiyada ikinci yeri İngiltərənin “Liverpul” klubunun
misirli hücumçusu Məhəmməd Salah tutub. Misirli futbolçu cari
mövsümdə rəqib qapılarına 32 dəfə yol tapıb. Üçüncü yerdə isə
“Tottenhem”im hücumçusu Harri Keyn qərarlaşıb – 30 qol.

Xatırladaq ki, Lionel Messi 2009-2010-cu (34 qol), 2011-2012-ci
(50 qol), 2012-2013-cü (46 qol) və 2016-2017-ci (37 qol) illərdə də
“Qızıl Buts” mükafatına layiq görülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir