“Gənclik Mall”ın qarşısında DƏHŞƏT – Maşınlar üstündən keçdi, yerindəcə öldü

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Bakıda dəhşətli yol qəzası baş verib.

Publika.az xəbər verir ki, Nərimanov rayonu,
Fətəli Xan Xoyski küçəsində (“Gənclik Mall” ticarət mərkəzinin
qarşısı) “Chevrolet Captiva” markalı minik avtomobili 1972-ci il
təvəllüdlü Əsgərov Zərgər Namaz oğlunu vurub. Zərbənin gücündən
piyada yolun əks hərəkət hissəsinə düşüb və oradan keçən “Toyota
Land Cruiser” markalı avtomobilin altında qalıb. 46 yaşlı kişi
aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

Faktla bağlı Nərimanov rayon Polis İdarəsində cinayət işi
açılıb, araşdırma aparılır.

Qeyd edək ki, hadisənin baş verdiyi ərazidə metronun Gənclik
stansiyasının yeraltı keçidləri mövcuddur.

Nizam

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp