Torpaqlar bu yolla qaytarılacaq – XİN AÇIQLADI

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Ukrayna hərbi metodlara qaçmadan Krım və Donbas üzərində
nəzarəti bərpa edəcək. Regionlar xüsusi siyasi-diplomatik yolla
qaytarılacaq.

Publika.az UNİAN agentliyinə istinadən xəbər
verir ki, bu haqda Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında
deyilir.

Nazirlik bununla da Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı
Sergey Lavrovun sözlərinə reaksiya verib. İdarədən bildiriblər ki,
əslində Rusiya hücuma hazırlıq görür. Məlumata görə, Ukrayna ilə
sərhədə 80 mindən çox Rusiya hərbçisi, yüzlərlə tank və “İskəndər”
raket kompleksləri cəmlənib.

Daha əvvəl “Komsomolskaya Pravda” radiosunun efirində Rusiyanın
xarici işlər naziri bildirib ki, Ukrayna prezidenti Pyotr Poroşenko
Rusiyayla sərhəddə təxribat hazırlayır.

O dəqiqləşdirib ki, alınmış informasiyaya əsasən, söhbət
dekabrın sonuna nəzərdə tutulmuş silahlı təxribatdan gedir. Nazir
qeyd edib ki, Poroşenko lazımı cavabı alacaq.

Lavrov həmçinin vurğulayıb ki, Kiyev belə addımları “Qərb
kuratorları və qəyyumları ilə” uyğunlaşdırır. Rusiya xarici siyasət
idarəsinin başçısı söyləyib ki, əldə edilən məlumatlara görə,
Poroşenkoya kiçik intensivli döyüş hərəkətlərini dəstəkləməyi
məsləhət görürlər. Lavrov qeyd edib ki, məqsəd Rusiyanı Ukraynaya
hərbi təcavüzdə ittiham etmək yönündə təbliğatın aparılması üçün
əsaslar yaratmaqdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp