“Yaşyarımlıq Zəhra öldürüləndə nə Nərminin, nə də onun erməni dostları…”

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Bu günlərdə sosial şəbəkələrdə Nərmin Şahmarzadə adlı
bir azərbaycanlı qızın igid qəhrəmanımız Mübariz İbrahimov haqqında
təhqiramiz fikirlərinə rast gəldim. Onun yazısını ürək ağrısı ilə
oxudum və bu status ətrafında gedən müzakirələri diqqətlə
izləyirəm. Təəssüf ki, Nərmin nümunəsi birinci dəfə deyil. Ya da
yazıçı Əkrəm Əylislinin xalqımıza ləkə atan kitabını, Avropa
ölkələrinə köçmək üçün Ermənistandan siyasi sığınacaq istəyən bir
azərbaycanlı ailəsini, bu yaxınlarda məktəbdə uşaqlara erməni
rəqsini öyrədən müəllimi yada salaq.

Teleqraf.com
xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Aydın
Mirzəzadə bildirib.

Deputat qeyd edib ki, onlar barmaqla sayılan qədərdirlər, ancaq
onlar var: “Sanki, onlar bu cəmiyyətdə yaşamırlar, Qarabağ ağrısını
hiss etmirlər, torpağı işğal edilən ölkənin vətəndaşları deyillər.
Onlar Mübariz İbrahimovun ərazimizi işğal etmiş düşmən əsgərlərini
öldürdüyünü başa düşmürlər. Daha doğrusu şüurlu surətdə başa
düşməkdən imtina edirlər. Və fikirlərini əsaslandırmaq üçün
söylədikləri də erməni millətçi ideoloqlarını söylədikləri ilə
üst-üstə düşür. Sanki, Nərminlər haradasa bu məsələlərlə bağlı bir
kurs keçiblər. Diqqət edirsinizsə, milli düşüncəmizə qarşı hücuma
keçənlərin hamısının hardasa bir erməni dostu ortaya çıxır və
bildirirlər ki, onlar üçün əsas insanlıqdır”.

Aydın Mirzəzadə vurğulayıb ki, Ermənistanda son zamanlar işğal
edilmiş, torpaqlarımızı geri qaytarmaq səsləri eşidilir: “Ancaq
Nərmindən fərqli olaraq Ermənistanda hələ heç kəs öz əsgərinə
“azərbaycanlıya güllə atma, onun bacısı, anası var” deyən yoxdur.
“Döyüşmə, silahı at və pasifist ol” şüarları da səslənmir. Ötən il
Fizuli rayonunda yaşyarımlıq Zəhra Quliyeva Ermənistan tərəfindən
atəşlə öldürüləndə nə Nərmin Şahmarzadənin, nə də onun erməni
dostlarının səsi çıxmadı. Bu məsələdə diqqətimi çəkən isə Nərminin
provokasiyalı və düşmənə dəstək olan çağırışına cəmiyyətin kütləvi
və kəskin reaksiyası oldu. Bu xalqın səsi idi, milli mənliyin
müdafiəsinə hər bir kəsin qalxması idi. Mənliyini və dəyərlərini
qoruyan xalq düşmən cəhdlərinə ilk növbədə özü cavab verəcək”, –
deyə millət vəkili qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp