Prezidentin səhifəsindən Mübarizlə bağlı paylaşım

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Prezident İlham Əliyevin instaqram səhifəsi Azərbaycanın
Milli Qəhrəmanı Mübariz İbrahimovla bağlı video
paylaşıb.

Publika.az xəbər verir ki, dövlət başçısının
2010-cu ilin noyabr ayında Mübariz İbrahimovun nəşinin
Ermənistandan alınaraq Bakıya gətirilməsi və Müdafiə Nazirliyinin
Təlim-Tədris Mərkəzində keçirilmiş vida mərasimində çəkilmiş
kadrların əks olunduğu video-sujet izləyicilərin böyük rəğbətini
qazanıb. Prezident İlham Əliyev həmin gün, hərbçilərin, Milli
Qəhrəman Mübariz İbrahimovun ailə üzvlərinin qarşısında deyib:
“Mübariz yaxşı bilirdi ki, o döyüşdən sağ-salamat çıxa bilməyəcək.
Ancaq vətən sevgisi, torpaq sevgisi, onda olan vətənpərvərlik ruhu
onu şəhidlik zirvəsinə ucaltdı. Mübariz bütün gənclər üçün
örnəkdir, nümunədir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp