İlham Əliyev Bəhreyn Kralını təbrik etdi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Bəhreynin Kralı Əlahəzrət Şeyx Həməd bin İsa Al Xəlifəyə təbrik
məktubu ünvanlayıb.

Publika.az-ın məlumatına görə, təbrik mətnində
deyilir:

“Əlahəzrət,

Bəhreyn Krallığının milli bayramı münasibətilə Sizi və Sizin
simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından
təbrik edirəm.

İnanıram ki, Azərbaycan-Bəhreyn əlaqələri daim dostluq və
əməkdaşlıq məcrasında inkişaf edəcək və genişlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik,
dost Bəhreyn xalqına daim sülh və rifah arzulayıram”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir