Saçları daha sağlam edən 6 MƏHSUL

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Gözəl saçlar yalnız yaxşı qulluğun deyil, həm də düzgün
qidalanmanın nəticəsidir. Şirniyyat və fəstfuddan imtina etmək
hamının xoşuna gəlmir, amma keyfiyyətli qidalanmanın üstünlükləri
danılmazdır. Saç folekulları tez-tez dəyişir, onların faydalı
maddələrə ehtiyacı var. Kalori məhdudlaşdırması nəticəsində
vitamin, mineral, zülal, yağ turşuları azalır, bu, saç və baş
dərisi strukturunda dəyişikliklərə, hətta saçların vəziyyətinin
pisləşməsinə səbəb olur. Bəs saçların sağlam görünməsi üçün nə
yeməliyik?

Publika.az xəbər verir ki, saçların sağlam və
gur olması üçün kifayət qədər vitamin və mikroelementlər tələb
olunur:

Dəmir

A vitamini

B qrupu vitaminləri, xüsusilə В6 və В12

D vitamini

Omeqa-3 yağ turşuları

Sink

Selen

Maqnezium

Sağlam qidalanmaya baxmayaraq, saçlar tökülməyə və solğunlaşmağa
davam edirsə, bu, daxili orqanların xəstəlikləri ilə bağlı ola
bilər. Məsələn, tiroid vəzi. Bu halda həkimə müraciət etmək
lazımdır.

1. Qoz

Araşdırmalar göstərib ki, Omeqa-3 və Omeqa-6 yağ turşuları saç
tökülməsinin qarşısını alır və onların artımını stimullaşdırır.
Bundan başqa, qoz yağı baş dərisi və saç folekulları üçün təbii
elementdir. Qoz B və E vitamini, həmçinin sinklə zəngindir. E
vitamini saç üçün xüsusilə faydalıdır, o baş dərisinin
iltihablanmasının qarşısını alır və hüceyrələrin sağlam qalmasına
kömək edir.

2. Stridiya

Araşdırmalara görə, yer üzündə insanların 80% -i dəmir
çatışmazlığından əziyyət çəkir. Hətta dəmir səviyyəsinin çox az
dəyişməsi də saçlara mənfi təsir göstərə bilər. Dəmirin ən zəngin
mənbələri bunlardır: qırmızı ət, göyərti, taxıl məhsulları, paxla
və yumurta. Amma onun ən güclü mənbəyi stridiyadır. Onların hər
birində 4,5 mq dəmir və 14 mq sink var.

3. İspanaq

İspanaq da əla dəmir mənbəyidir. Bundan başqa, o, fol
turşusuyla, A və C vitaminləriylə zəngindir, Sonuncu saçların
möhkəmlənməsi və kollagen sintezi üçün vacibdir.

4. Mal əti

Qırmızı ət Omeqa-3, dəmir və yağ turşularıyla çox zəngindir. Bir
kiçik porsiyada 2 mq dəmir, 6 q faydalı doymamış yağlar və 22 q
zülal var.

5. Yumurta

Zülal və biotin mənbəyi olan yumurta saç üçün çox vacibdir.
Bundan başqa, onda D vitamini olur.

6. Qızıl balıq

Yağlı balıq Omeqa-3, zülalla, D vitamini ilə və yağlı turşularla
zəngindir. Bu komponentlər baş dərisinin vəziyyətini yaxşılaşdırır
və saçların yaxşı görünməsini təmin edir.

Aytən

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir