Bir gündə 6 dəst paltar dəyişən ulduzun ŞIQ OBRAZLARI

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Cennifer Lopes bir neçə geyim dəstləri ilə
modapərəstlərə əsl dəb şousu göstərib.

Publika.az xarici mətbuata istinadən xəbər
verir ki, dünya ulduzunun baş rolda çəkildiyi “Yenidən başla” filmi
işıq üzü görüb. Bu münasibətlə Cey Lonun iştirakı ilə təqdimat
mərasimləri və mətbuat konfranslarına start verilib.

İfaçı ötən sutka ərzində altı yeni obrazıyla pərəstişkarlarını
sevindirib. Əlbəttə ki, onun ən effektli çıxışı “Giambattista
Valli” moda evindən olan parlaq və həcmli çəhrayı paltarı olub.
Ulduzun uzun şleyfini çəkmək fotoqraflar üçün asan olmayıb. Axı
paltarı bu kadra yerləşdirmək üçün çalışmaq lazımdır.

Qeyd edək ki, ulduzu qala gecəsində 43 yaşlı sevgilisi Aleks
Rodriges müşayiət edib və şleyfin öhdəsindən gəlməyə kömək edib.
Qala gecəsindən əvvəl jurnalistlərə açıqlama verən müğənni bildirib
ki, Rodrigezlə çəkildiyi yataq səhnələrini müzakirə etmir.
Sevgilisi müğənninin işini anlayışla qarşılayır və lazımsız
qısqanclıq nümayiş etdirmir.

“Əlbəttə ki, Maylo Ventimillə intim səhnələrimiz haqqında Aleksə
xəbər verdim. O, “Yaxşı, əzizim” cavabnı verdi” , – deyə Cennifer
etiraf edib.

Bir gündə 5 dəst paltar dəyişən ulduzun eleqant çıxışları təqdim
edirik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir